a a a a a
SON NƏŞR

Redyard Kiplinq ədəbiyyat üzrə Nobel mükafatı almış ilk ingilis yazıçısı, şairi və novellaçısıdır. O bu mükafata “müşahidə etmək bacarığına, parlaq fantaziyasına,  ideya bitkinliyinə və rəvayətçilik istedadına görə" layiq görülmüşdür. Mükafatı alan zaman R.Kiplinq artıq on üç cild təşkil edən novellaların, dörd romanın, uşaqlar üçün yazılmış üç hekayələr kitabının, çoхsaylı məqalələrin, yol qeydlərinin və yüzlərlə şeirin müəllifi kimi tanınırdı. 

Tükənməz istedadı, sərrast və zəngin dili olan yazıçının hələ sağlığında əsərlərinin tam külliyyatı çap edilmişdir. R.Kiplinqin ən məşhur əsərləri "Cəngəlliklər kitabı", "Kim" və "Sonuncu nəğmə oxunuşu" sayılır. Yazıçının metaforalarla dolğun əsərləri ingilis dilini xeyli zənginləşdirmişdir.

ARTIQ SATIŞDA

Məşhur rus yazıçısı, rejissor, ssenarist, aktyor Vasili Makaroviç Şukşin 1929-cu ildə Altay əyalətinin Srostki kəndində anadan olmuşdur. Ədəbi yaradıcılığa əsgərlik illərindən maraq göstərmişdir. 1954 1960 cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq bölməsində təhsil almışdır. Həmin illərdə müəlliminin məsləhəti ilə hekayələrini müxtəlif mətbu orqanlarda çap etdirməyə başlamışdır. 1958-ci ildə "Arabada iki nəfər" adlı ilk hekayəsi, daha sonra "Həqiqət", "Nurluürəklər", "Styopkanın məhəbbəti", "İmtahan" və s. hekayələri işıq üzü görmüşdür. 1963-cü ildə ilk kitabı – "Kənd sakinləri" adlı hekayələr toplusu çapdan çıxmışdır.

V.Şukşin 1966-cı ildən kino fəaliyyətinə başlamışdır.“İki Fyodor”, “Belə bir oğlan yaşayır”, “Məni işıqlı gələcəyə çağır” filmləri ona böyük şöhrət qazandırmışdır. V.Şukşinin ssenaristi, rejissoru və baş rolun ifaçısı olduğu “Qırmızı başın ağacı” filmi 1974-cü ildə Bakıda keçirilmiş Ümumittifaq Kino Festivalının baş mükafatına layiq görülmüşdür.


TEZLİKLƏ SATIŞDA

Lüğətdə Azərbaycanın orta ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat fənlərinin tədrisində istifadə olunan 1600-dən çox terminin izahı verilmişdir. Lüğət orta məktəb şagirdləri, müəllimləri və abituriyentlər üçün nəzərdə tutulmuşdur.

TEZLİKLƏ SATIŞDA


Lüğətdə 2000-ə yaxın coğrafi ya termininin və terminoloji ifadəsinin izahı verilmişdir. Burada son illərdə coğrafi ya elmin ininkişafı ilə bağlı meydana gəlmiş, əvvəlki lüğətlərimizə daxil olmamış yeni terminlər öz əksini tapmışdır. Lüğət məqalələrinin klaster (şaxələndirmə) üsulu ilə qurulması, kütləvi oxucu üçün anlaşıqlı dildə olması, baş sözlərin elmi izahı ilə yanaşı, etimoloji izahının da verilməsi lüğətin əsas məziyyətlərindəndir.

Abunə ol

Saytımızdakı son yeniliklərdən xəbərdar olmaq üçün e-mailiniz daxil edin

Email-inizdə səhvlik var...
Abunə ol

404 Səhv

Axtardığınz səhifə tapılmadı!!!

Ekitabxana

Bos yer saxlamisiz...
*Adinizi daxil edin
*Soyadinizi daxil edin
*Emailnizde sehvlik var
*Metni daxil edin
Layihələrimiz
Ayın kitabı