Şərq ekspresində qətl

Aqata Kristi
Kitabın kodu 9789952244366
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 128
Qiymət 3 M

Kitab haqqında qısa məlumat

Detektiv ədəbiyyatının klassiklərindən biri olan ingilis yazıçısı Aqata Kristi (1890–1976) 11 yaşında atasını itirmiş və anasının himayəsində böyümüşdü. O, 8 yaşınadək məktəbə getməmişdi, çünki anası bunun əleyhinə idi. Lakin Kristi hələ 4 yaşında yazmağı bacarırdı. Balaca qız istedad və bacarıqlarına görə bacı-qardaşından, yaşıdlarından çox fərqlənirdi. Elə bu istedad və bacarıqlar da onu dünyanın ən məşhur yazıçılarından birinə çevirdi.

«Qolf meydançasında qətl», «Səssiz şahid», «Mavi qatarın sirri», «Qəhvəyi kostyumlu kişi», «Mesopotamiyada qətl» kimi əsərlərin müəllifi olan Kristinin romanları dünyanın əksər dillərinə tərcümə olunub. Onun sevilən və çox oxunan romanlarından biri də «Şərq ekspresində qətl»dir. İçərisində detektiv Puaronun da olduğu qatar güclü qar yağdığı üçün hərəkətini dayandırır. Çox keçmir ki, qatardakı sərnişinlərdən birinin meyiti tapılır. Puaro əmindir ki, bu, qətldir və öncədən planlaşdırılıb. Bundan sonra hadisələr daha da maraqlı istiqamətdə cərəyan edir və ağlagəlməz sonluqla başa çatır.

There are many variations of passages of Lorem Ipsum available