Alberto Moravia

Alberto Moravia
Kitabın kodu 9789952243932
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 288
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Yəhudi əsilli İtaliya yazıçısı Alberto Moravia (1907–1990) ilk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan «Biveclər» romanı ilə imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin romana münasibəti neqativ olur və mürtəce hakimiyyət orqanlarının təqibini hiss edən yazıçı ölkəni tərk etmək məcburiyyətində qalır. Məcburi səyahət uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: «Bu on il həyatımın ən pis illəridir; mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm». Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah da Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunların çıxarılmasından sonra arvadı ilə bir müddət İtaliyanın Fondi şəhərində, Çoçariyada gizlənməli olur. Orda keçirdiyi ağır həyatı Moravia 1957-ci ildə çapdan çıxan «Çoçariya» romanında yüksək bədii çalarlarla təsvir edib.

Alberto Moravia bir çox məşhur əsərlərin, o cümlədən «Həyat oyundur», «İntervü», «Diqqət», «Özgə həyat» romanlarının, həmçinin bütün dünyada böyük maraqla oxunan “Roma hekayələri” silsiləsinin müəllifi kimi tanınır.

There are many variations of passages of Lorem Ipsum available