Şekspir və Aqata Kristidən sonra əsərləri xarici dillərə ən çox tərcümə olunan ingilis yazıçısıdır. O, «Dəcəl qızlar», «Sirli yeddilik» kimi məşhur əsərlərin müəllifidir. Azərbaycanda ilk dəfə nəşr olunan «Möhtəşəm beşlik» seriyası isə Blaytona dünya şöhrəti qazandırıb.
Sizə təqdim etdiyimiz «Qaraçı köçünün sirri» romanı da seriyaya daxil olan digər əsərlər kimi bir-birindən həyəcanlı səhnələrlə zəngindir. Dörd uşaq və onların sevimli köpəyi bu dəfə də tətil zamanı qeyri-adi macəra ilə üzləşir. Onların Sirli Xam Torpaqlardakı qaraçı düşərgəsinin izinə düşürlər və hadisələr gözlənilməz şəkildə təhlükəli istiqamətdə cərəyan edir.