Kitabın kodu 9789952243789
Kitabın ölçüləri 130x200
Səhifələrin sayı 208
Qiymət 6 M

Kitab haqqında qısa məlumat

Polşa pianoçusu və bəstəkarı, simfonik əsərlərin və minə qədər mahnı musiqisinin müəllifi Vladislav Şpilmanın (1911-2000) qələmə aldığı “Pianoçu” əsərində müəllifin II Dünya müharibəsi illərindəki yaşantıları əksini tapıb.
Müharibədən əvvəl Varşava radiosunda çalışan Şpilman ailəsi ilə birlikdə gettoya köçürülür. 1942-ci ildə o, atası və bacısı ilə birlikdə fiziki əməyə yararsız olduğuna görə Treblinka ölüm düşərgəsinə göndərilməli idi. Qatar yola düşmək ərəfəsində yəhudi polislərdən biri Şpilmanı xilasedir.
O, müharibənin sonuna qədər gizlənərək yaşayır. Varşava üsyanının, gettonun məhvinin, şəhərin necə dağıdılmasının şahidi olur və müharibədən sonra xatirələri əsasında memuarlarını yazır.
“Pianoçu” ilk dəfə 1946-cı ildə nəşr olunur. 2002-ci ildə rejissor Roman Polanski kitabın əsasında “Pianoçu” filmini çəkir.
“Pianoçu” kitabı indiyədək 38 dilə tərcümə olunub.

There are many variations of passages of Lorem Ipsum available