Bu kitabda toplanmış lətifələrin qəhrəmanları məktəblilərdir. Lakin düşünməyin ki, onlar yalnız uşaqlar üçün maraqlı ola bilər. Lətifələri oxuyan böyüklər, xüsusilə gənc valideynlər kitabın səhifələrində uşaqları ilə bərabər özlərini də görəcəklər. Bəlkə də, bu onlara övladlarını daha yaxşı tanımağa kömək edəcək, onlarla münasibətlərindəki müəyyən məqamları bir daha nəzərdən keçirməyə sövq edəcəkdir.