S.S.Axundovun əsərləri arasında "Qorxulu nağıllar" silsiləsinə daxil olan hekayələr xüsusi yer tutur. Bu hekayələrdə həyatın sərt sınaqları ilə erkən yaşda üzləşən qəhrəmanların acı taleyindən danışılır. Müəllifin dediyi kimi: “Hekayələr həqiqətən qorxuludur, lakin onlar uşaqları qorxutmur, onlara həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədalətin təntənəsini əks etdirir”.