İsmail Tokalakın sizə təqdim etdiyimiz "Dünyada dərman terroru" kitabı da onun maraqla qarşılanan araşdırmalarından biridir. Bu kitabda XX yüzilliyin son onilliklərindən etibarən kimyəvi dərmanların yaratdığı təhlükələrdən danışılır, qlobal dərman şirkətlərinin qazandığı böyük pullar müqabilində insanların cibinə və sağlamlığına vurduğu zərərlər barədə ağlasığmaz faktlar sadalanır, heyrətamiz mülahizələr irəli sürülür.