Linkoln

Kitab haqqında qısa məlumat

Yalnız ABŞ yox, dünya tarixinin ən gör­kəm­li şəxsiyyətlərindən sayılan Avraam Linkoln təbəddülatlarla dolu həyat yolu keçmişdir. O, Birləşmiş Ştatların mövcud­luğu baxımın­dan həlledici əhəmiyyət daşıyan bir dövrdə bu ölkənin prezidenti seçilmişdir. Dördillik vətəndaş müharibəsinə son qoyaraq ABŞ-ın bütövlüyünü bərpa etmiş, eyni zamanda quldarlığın ləğvinə nail olaraq irqi ayrı-seç­­­ki­­liyi aradan qaldırmışdır.

Kəndli ailəsindən çıxıb ağlı və çalışqanlığı sayəsində prezidentliyədək yüksələn Linkol­nun mütərəqqi baxışları sonradan dünyada demokratik dəyərlərin təşəkkül tapmasında mühüm rol oynamış, ədalət, bərabərlik kimi nəcib idealların təcəssümünə çevrilmişdir.

Amerikalı şair, yazıçı və tarixçi Karl Send­berq (1878–1967) Avraam Linkoln haq­qın­da ən yaxşı bioqrafik əsərin müəllifi kimi tanınır. Linkoln barədə bir-birindən ma­raqlı faktlarla zəngin olan bu əsər onun həyatı və fəaliyyəti haqqında tam təsəvvür yaradır.

Qiymət - 5 Azn
Umico ilə sifariş et