Xristofor Kolumb

Svet Yakov
Kitabın kodu 9789952244670
Kitabın ölçüləri 140x200
Səhifələrin sayı 160
Qiymət 5 M

Kitab haqqında qısa məlumat

Kolumbun adı tarixə Amerika qitəsini kəşf edən ilk səyyah kimi düşüb. Dənizçilik karyerasına 22 yaşında başlayan Kolumbun rəhbərlik etdiyi donanma 1492-ci ildə Hindistana dəniz yolunu tapmaq üçün yola çıxdı. Həmin ilin oktyabrında matroslardan biri «Torpaq!» deyə həyəcanla bağıranda Xristoforun sevinci yerə-göyə sığmırdı. O fikirləşirdi ki, axtarışına çıxdığı dəniz yolunu, nəhayət, tapıb.

Kolumb, həqiqətən də, böyük kəşfə imza atmışdı, lakin onun ayaq basdığı torpaq Hindistan yox, o vaxtadək varlığı heç kimə məlum olmayan Amerika qitəsi – Yeni Dünya idi.

Sizə təqdim olunan bu kitab məşhur səyyah haqqında ən yaxşı bioqrafiyalardan biridir. Kitabda Kolumbun həyatı, şəxsiyyəti və onun bir-birindən maraqlı, qeyri-adi hadisələrlə zəngin səfərləri barədə müfəssəl məlumatlarla tanış olacaqsınız.  

There are many variations of passages of Lorem Ipsum available