Bu vəsaitdə ibtidai təhsil pilləsində tədris olunan dil qaydaları üzrə əlavə öyrədici resurslar və qiymətləndirmə materialları öz əksini tapmışdır. Vəsait ibtidai təhsilin sonunda Azərbaycan dili fənni üzrə monitorinq qiymətləndirilməsinə hazırlaşan və ya liseylərə daxil olmaq istəyən şagirdlər üçün nəzərdə tutulmuşdur.
Bununla yanaşı, ibtidai təhsilin müxtəlif mərhələlərində tədris vahidləri üzrə summativ qiymətləndirmə (KSQ və BSQ) materialları hazırlayan müəllimlər vəsaitdəki test suallarından faydalana bilərlər.
Mündəricatdan da göründüyü kimi, vəsaitdə qayda və tapşırıqlar dilçiliyin bəhsləri və mövzuları üzrə sistemli şəkildə qruplaşdırılmış, hər bölmənin sonunda 15 test sualından ibarət kuiz tipli test bloku verilmişdir.
Vəsaitin 2-ci hissəsi hər biri 25 sualdan ibarət 13 test blokundan ibarətdir. Hər bir blokdakı suallar keçilmiş dil qaydaları üzrə bütün mövzuları əhatə edir. Testlərin cavabları vəsaitin sonunda verilmişdir.