Bu kitab xarakterini zənginləşdirmək istəyənlərin yolgöstəricisi rolunu oynayır. Xarakterinizi cilalamaq və zənginləşdirmək istəyirsinizsə, buna öncə özünüzün inanmağınız gərəkdir. Bu mərhələdə özünüzü hələ işlənməmiş xam mərmər kimi görməlisiniz. Kitabın başqa bir məqsədi də sağlam və güclü xarakter qazanmağınızla bərabər, cəmiyyətdə fəal olmağınıza yardım etmək, əxlaqi dəyərlərinizi yüksəltmək və bunların daimi olmasını təmin etməkdir.