Məchul ada, orada yaşayan dəniz quldurları, pərilər, hindular və çıqqıldayan timsah… Bəs bunları yaradan ser Ceyms Barri kim idi?
Şotlandiyalı dramaturq və nasir Ceyms Barri ədəbifəaliyyətə 1885-ci ildə başlamış, bir sıra povest və romanlar yazmışdır. Sonra qələmini dram əsərlərində sınamışdır. Buna baxmayaraq C.Barri bütün dünyada heç vaxt böyümək istəməyən Piter Pen adlı oğlan haqqında nağılın müəllifi kimi tanınır. Yazıçı bu qəhrəmanı 9 yaşı tamam olmazdan bir gün əvvəl vəfat etmiş və anasının yaddaşında həmişəlik kiçik qalmış böyük qardaşına həsr edib.