A.Qrinin ümumilikdə 400-dən çox əsəri işıq üzü görmüşdür. Bir çox əsərlərində, eləcə də “Al yelkənlər” əfsanə-povestində hadisələr yazıçının özünün uydurduğu , sonradan tənqidçilər tərəfindən “Qrinlandiya” adlandırılan ölkədə cərəyan edir.
“Al yelkənlər” əsərində müəllif insanları başqaları üçün möcüzələr yaratmağa çağırır.