Kitabın kodu 9789952245134
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 127
Qiymət 4 M

Kitab haqqında qısa məlumat

Avstriyalı uşaq yazıçısı Feliks Zalten Peştdə (indiki Budapeşt) doğulub. 4 yaşında ikən ailəsi Avstriyanın paytaxtı Vyanaya köçüb.

Yazıçının ilk qələm təcrübələri də 1889-cu il­dən etibarən elə Vyanada işıq üzü görüb. Zalten öz yaradıcılığı boyu bir çox janrlarda qələmini sınasa da, əsasən, heyvanlar haqqında yazdığı əsərləri ilə tanınır. Bu da səbəbsiz deyil: o, eyni zamanda mahir ovçu olduğundan heyvanlar alə­minə yaxşı bələd idi.

Zaltenə dünya şöhrəti qazandıran isə 1923-cü ildə yazdığı «Bembi» romanı olub. İndiyədək ək­sər dillərə tərcümə edilən və dəfələrlə ekran­laşdırılan həmin romanın baş qəhrəmanı Bembi adlı maral balasıdır. Bembinin bir-birindən maraqlı macəraları az qala doğulduğu gündən başlayır və oxucuda dərin təsir buraxır.

There are many variations of passages of Lorem Ipsum available