Skelliq

Kitab haqqında qısa məlumat

İngilis yazıçısı Devid Almond yeniyetmələr haqqında bir-birindən maraqlı əsərlərin müəllifidir. Hazırda uşaqlığının keçdiyi qəsəbənin yaxınlığında ailəsi ilə birgə yaşayan Almond dünya uşaq ədəbiyyatının ən nüfuzlu mükafatına – “Andersen” mükafatına layiq görülüb.
“Dünya sehrli bir yerdir”, “Alovlar arasında”, “Aya dırmaşan uşaq” kimi əsərlərin müəllifi olan yazıçıya ən böyük şöhrəti isə indi əlinizdə tutduğunuz bu kitab – “Skelliq” romanı gətirib. 1998-ci ildə işıq üzü görən əsər indiyədək bir çox dillərə tərcümə olunub, müəllifinə isə bir çox mükafatlar qazandırıb. Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə maraqla oxunan roman artıq dünya uşaq ədəbiyyatının incilərindən sayılır. “Skelliq”in motivləri əsasında bədii film çəkilib, həmçinin tamaşa və opera hazırlanıb.

Qiymət - 3 Azn
Umico ilə sifariş et