Abbas Səhhət

Görkəmli maarif xadimi, şair, nasir, dramaturq, publisist Abbas Səhhət Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. İxtisasca həkim olmuşdur. Sonralar pedaqoji və ədəbi fəaliyyətə başlamış, dövrün mətbu orqanlarında şeir və məqalələri dərc olunmuşdur. Rus və fransız ədəbiyyatından tərcümələr də etmişdir. Yaxın dostu M.Ə.Sabirin əsərlərini toplayaraq ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirmişdir. Romantizm cərəyanının nümayəndəsi olan A.Səhhətin əsərlərinin əsas mövzusu vətən, millət, milli azadlıq uğrunda mübarizədir. Onun vətənpərvərlik mövzusunda yazdığı ən gözəl əsər "Vətən” şeiridir. Uşaqlar üçün yazdığı əsərlərlə uşaq ədəbiyyatı tariximizdə xüsusi yer tutan ədibin "Ayı və Şir", "Cücələr", "Yaz", " Ana və oğul", "Quşlar" kimi şeir və təmsilləri bu gün də balacalar tərəfindən sevilə-sevilə oxunur.
Əsərləri:
“Dilbəri-hürriyyətə"
"Vətən"
“Əkinçi nəğməsi”
“Özlərini sevənlərə”
"Əhmədin şücaəti"
"Şair, şeir pərisi və şəhərli"
"Bədbəxt ailə”
“Qaragünlü Həlimə”
“Volqa səyahəti”
"Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi”
“Yoxsulluq eyib deyil”
“Tağı və Nağı"
“Əhmədin qeyrəti”
“Neft fontanı” və s.