Fransız yazıçısı və filosof, Alber Kamyu Əlcəzairdə anadan olmuşdur. 1936-cı ildə Əlcəzair Universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirmişdir. Dramaturq, rejissor və aktyor kimi fəaliyyət göstərməklə yanaşı, həm də qəzet redaktoru, siyasi icmalçı olmuşdur. Sonralar Fransaya köçmüş, fəaliyyətini burada davam etdirmişdir. Yazıçı 1957-ci ildə "insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobel mükafatına layiq görülmüşdür. Hələ sağlığında “Qərbin vicdanı” adlandırılan A.Kamyu 1960-cı ildə avtomobil qəzasında həlak olmuşdur.
Əsərləri:
"Yad"
"Kaliqula"
"Taun"
"Sizif əfsanəsi"
"Düşüş"
"Xoşbəxt ölüm"
"İlk insan"
"Nikah"
"Taun"
"Üsyankar insan"
"Süqut" və s.