Aleksey Tolstoy

Rus yazıçısı və ictimai xadimi Aleksey Tolstoy Nikolayevsk şəhərində qraf ailəsində anadan olmuşdur. O, rus ədəbiyyatında elmi-fantastik janrın banisi hesab olunur. Məhsuldar yazıçı olmuş, bir çox tarixi, elmi-fantastik roman və povestlər, dram əsərləri yazmışdır. Əsərlərinin əksəriyyəti ekranlaşdırılmışdır.
Əsərləri:
"1-ci Pyotr"
"Əzablı yollarla"
“İvan Qroznı”
"Aelita"
"Mühəndis Qarinin hiperbolidi"
"Qızıl açar və ya Buratinonun macəraları"
“Gürzə”
“İvan Sudaryovun dediklərindən”
“Tufanlarda” və “Qoçaqlar”
“Nikitanın uşaqlığı” və s.