“Doktor Cekil və mister Hayd” romanı şəxsiyyətin ikiləşməsi və bu ikiləşmə fonunda xeyirlə şərin mübarizəsi haqqındadır. Əsərdəki olaylar Viktoriya dövründə (1837–1901) Londonda cərəyan edir. Həkim olan Henri Cekil qeyri-adi bir iksir hazırlayır. Bu iksiri içdikdə o, tamamilə başqa bir insana – qəddar, vicdansız Edvard Hayda çevrilir. Nəticədə bütün Londonu dəhşətə gətirən hadisələr baş verir, bu da Cekil üçün qorxunc, onu tanıyanlar üçün isə heyrətamiz sonluqla başa çatır...