Harriyet Biçer – Stou Konnektikut ştatında dinşünas ailəsində dünyaya gəlmişdir. Onu bütün dünyada məşhur edən “Tom dayının daxması” əsəridir. Əsər qul sahibləri və köləliyin tərəfdarları tərəfindən böyük narazılıqla qarşılanmışdı, lakin müəllif yazdıqlarının real həyatdan götürüldüyünü sübut etmişdir.
“Tom dayının daxması” XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş vüsət almış köləliyə etiraz olaraq yazılmışdır. Əsərdə zənci kölə Tom dayının simasında XVI–XIX əsrlərdə Amerika ştatlarında əziyyət çəkən, ağır və dözülməz zəhmətə qatlaşan, ağalar tərəfindən amansızcasına istismar olunan kölələr təsvir olunmuş və yazıçının onlara olan humanist münasibəti sərgilənmişdir.