Trilogiyanın üçüncü kitabı olan "Amuletin tarixçəsi"ndə Siril, Anteya, Robert və Ceyn yenidən qum pərisi Sammiedlə qarşılaşırlar. Sammied onlara bütün arzuları anındaca həyata keçirən möcüzəvi daş – amulet haqqında danışır. Lakin daşın yarısı olmadığından o, arzuları gerçəkləşdirə bilməz. Bu səbəbdən də uşaqlar amuletin itən parçasının axtarışına çıxırlar. Beləliklə də, onların macəralarla dolu qeyri-adi günləri – keçmişə və gələcəyə səyahətləri başlayır...