Sehrli Kaf dağının düz ətəyində yerləşən balaca bir kənddə İliş adında qeyri-adi oğlan yaşayır. Onun heç dostları da yoxdur. İliş öz samanlığından həftələrlə çıxmır. Məsələ ondadır ki, İlişin sevdiyi bir məşğuliyyəti var və bütün fikirlərini, vaxtını həmin işə cəlb edir. İliş səhərdən axşama qədər ağac budaqcıq və çubuqlarından nə isə hörür. Heç kəs, hətta doğma bacı və qardaşı da İlişin məşğuliyyətində bir məna görmür. Onlar təsəvvür belə edə bilməzdilər ki, bir gün İliş və onun “mənasız” məşğuliyyəti minlərlə insanın həyatını qurtaracaq.