Avropa. Türklər. Böyük Çöl.

Murad Acı
Kitabın kodu 9789952243734
Kitabın ölçüləri 145x200
Səhifələrin sayı 384
Qiymət 8.5 M

Kitab haqqında qısa məlumat

Tanınmış türkoloq alim Murad Acı türklərin tarixi, mədəniyyəti və məişətinə dair özünəməxsus mövqeyi ilə seçilir. Onun fikrincə, bu nəhəng qövmün keçmişi ilə bağlı bir çox həqiqətlər ya gizlədilib, ya da yumşaq desək, təhrif olunub. Müəllif bu baxışını bir çox əsərlərində kifayət qədər tutarlı faktlarla sübuta yetirir. Tarixçi yazarın oxuculara təqdim edilən "Avropa. Türklər. Böyük Çöl" kitabı da eyni qəbildəndir.

Murad Acı bu kitabında növbəti dəfə aydın, anlaşıqlı dildə türklərin tarixi ilə bağlı bir çox həqiqətlərə işıq salmağa çalışır. O yalnız elmiakademik deyil, həm də emosional publisistik üslubdan istifadə edir, tarixi həqiqətləri siyasi ideologiyaya qurban verən alimlərə qarşı hiddətini gizlətmir, türkologiya sahəsində yeni, cəsarətli mülahizələrini  özünəarxayın şəkildə müzakirəyə çıxarır.

 Murad Acının "Avropa. Türklər. Böyük Çöl" əsərinin dilimizdə nəşri elmikütləvi ədəbiyyat sahəsində son illərdə ən təqdirəlayiq hadisələrdən biridir. Bu nəşrin təkcə mütəxəssislər üçün deyil, ümumiyyətlə, geniş oxucu kütləsi üçün maraq doğuracağına şübhə yoxdur. Kitabdakı bir çox fikirlər mübahisəyə açıqdır, ancaq unutmaq olmaz ki, əsl həqiqət ancaq belə mübahisələrdən və bu mübahisələrin yaratdığı geniş müzakirələrdən sonra meydana çıxa bilər... 

There are many variations of passages of Lorem Ipsum available