Yalama

Kitab haqqında qısa məlumat

Sovet Rusiyası Azərbaycana yeritdiyi işğalçı ordunu «xilaskar» kimi qələmə vermək üçün tarixi saxtalaşdırıb. «Qırmızı Ordu ölkəyə dəvətlə gəlib, Bakıya qədər müqavimət görmədən, Azərbaycan əsgərlərini əsir götürə-götürə irəliləyib və gül-çiçəklə qarşılanıb».
Uzunmüddətli təbliğatın kütləvi şüura təsir gücünü inkar edə bilmərik. 1990-cı ildə Moskvanın planları alınsaydı, onilliklərlə təbliğat aparmaqla gələcək nəsilləri də inandırmaq mümkün idi ki, 20 yanvarda rus tankları Bakıya xalqımızın xilaskarı kimi daxil olub, sevinclə qarşılanıb. «Mümkünsüzdü» deməyin. Tarixin gülməyi gələr. Yanvar qırğınından cəmi 21 ay sonra parlamentdə Azərbaycanın müstəqilliyi əleyhinə səs verənləri yada salın.
Belə haqsızlıq sizi ağrıdardımı? Əlbəttə. Çoxlarınız o tankların qabağında «canlı barrikadalar»da dayanmısınız. İndi təsəvvür edin, ilk respublikamızın müstəqilliyinin ömrünü iki saat uzatmaq üçün həyatlarını vermiş, nəinki məzarları qalmamış, heç həlak olduqları yerdə lövhə də qoyulmamış gənclərimizin ruhları necə göynəyir! Ədaləti bərpa etmək, vicdanımızı böyük bir ləkədən təmizləmək şansını niyə əldən verməliyik?!

Qiymət - 4 Azn
Umico ilə sifariş et