Şekspir və Aqata Kristidən sonra əsərləri xarici dillərə ən çox tərcümə olunan ingilis yazıçısıdır. İlk kitabı 1924-cü ildə işıq üzü görüb və böyük maraqla qarşılanıb. «Dəcəl qızlar», «Sirli yeddilik» kimi məşhur əsərlərin müəllifidir. Azərbaycanda ilk dəfə nəşr olunan «Möhtəşəm beşlik» seriyası isə Blaytona dünya şöhrəti qazandırıb.
Seriyanın ilk kitabı olan «Dəfinələr adasının sirri» romanında dörd uşaq və onların sevimli köpəyi illər öncə batmış gəmidəki xəzinənin izinə düşürlər. Lakin həmin xəzinəni ələ keçirmək istəyən qara qüvvələrin varlığından xəbərsizdirlər. «Möhtəşəm beşliy»i qarşıda çətin mübarizə gözləyir. Bu mübarizənin sizi də çox həyəcanlandıracağına şübhəmiz yoxdur.