Yazıçının sizə təqdim etdiyimiz "Buz sfinks" romanı da bir-birindən maraqlı əhvalatlarla zəngindir. Geoloji tədqiqatlarla məşğul olan cənab Corlinq bir gün "Halbreyn" adlı gəminin kapitanı Len Qay ilə tanış olur. Len Qay illər öncə Antarktidaya səfər edən və o vaxtdan bəri taleyindən heç bir xəbər tuta bilmədiyi qardaşının, eləcə də onun ekspedisiya yoldaşlarının aqibətini öyrənmək fikrindədir.
Professor Corlinq bu axtarışlarda Len Qaya öz köməyini təklif edir. Beləliklə, "Halbreyn" gəmisinin Antarktidaya uzun sürən və qeyri-adi macəralarla müşayiət olunan səfəri başlayır. Ağlagəlməz sonluqla bitən səyahətin necə nəticələndiyini öyrəndikcə sizin də çox heyrətlənəcəyinizə şübhəmiz yoxdur.