Fransız yazıçısı Jül Vern elmi-fantastik roman janrının yaradıcılarından biridir. O, kosmik və sualtı gəmilərin ixtira olunmadığı bir dövrdə kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpkili macəraları qələmə almışdır. Yazıçının "Yerin mərkəzinə səyahət", “Kapitan Qrantın uşaqları", "20 000 lyö su altı ilə", "80 gün dünya ətrafında", "Sirli ada", "On beş yaşlı kapitan", "Arxipelaq alovlanır" və s. əsərləri bu gün də maraqla oxunur.