Rus-sovet yazıçısı və ictimai xadimi Aleksey Nikolayeviç Tolstoy bir sıra sosial-psixoloji, tarixi həmçinin elmi-fantastik roman, povest, hekayələrin, publisistik əsərlərin müəllifidir. A.Tolstoyun qələmindən iki şeir toplusu, qırxdan artıq pyes, bir neçə roman, ssenarilər və s. çıxmışdır.
“Qızıl açar və ya Buratinonun sərgüzəştləri”ni A.Tolstoy K. Kollodinin “Pinokkionun sərgüzəştləri. Taxta kukla haqda əhvalat” nağılının motivləri əsasında yazmışdır. Əvvəlcə italyan nağılının sujetini eynilə nəql edən yazıçı sonradan öz, original ideyalarına üstünlük vermiş və köhnə kətan üzərində çəkilmiş ocaq və qızıl açar haqda rəvayət yaratmışdır.