Abdulla Şaiq

XX əsrin qabaqcıl ziyalılarından biri, yazıçı, pedaqoq, ədəbiyyatşünas Abdulla Şaiq Tiflisdə ruhani ailəsində dünyaya gəlmişdir. Xorasanda mükəmməl təhsil almışdır. Bakıya gəldikdən sonra geniş yaradıcılıq və müəllimlik fəaliyyəti ilə məşğul olmuş, bədii tərcümələr etmiş, bir çox əsərlər, məqalələr, dərsliklər yazmışdır. A.Şaiq XX əsr Azərbaycan uşaq ədəbiyyatının yaranması və inkişafı üçün yorulmadan çalışmış, bu sahədə məktəb yaratmışdır. Onun balacalar üçün yazdığı şeir, təmsil və mənzum nağıllar ("Təmizlik", "Tülkü həccə gedir", "Tıq-tıq xanım", "Xoruz", "Keçi", "Səhər", "Tülkü və qurd", "Yetim cücə" və s.) uşaq ədəbiyyatımızın ən gözəl nümunələridir. 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının əsasını qoymuşdur.
Əsərləri:
"Məktub yetişmədi"
"Köç"
"Daşqın"
"İntiharmı, yaşamaqmı"
"Göbələk"
"İblisin huzurunda"
"Dursun"
"Əsrimizin qəhrəmanları"
"Hitlerin yuxusu"
"Araz"
"İki mücahid"
"Yeni ay doğarkən"
"Arazdan Turana"
"Vətənin yanıq səsi"
"İdeal və insanlıq"
"Yaxşı arxa"
"Vətən" və s.

Kitabları