Aleksandr Düma

Görkəmli fransız yazıçısı Aleksandr Düma Fransanın Villers-Koterets şəhərciyində anadan olmuşdur. Ordu generalı olan atasının danışdığı macəralarla, döyüş səhnələri ilə dolu maraqlı söhbətlər gələcək yazıçıda ədəbiyyata, teatra maraq oyatmışdır. Ədəbiyyata dramaturq dramaturq kimi daxil olmuş, həmçinin peşəkar jurnalist kimi də fəaliyyət göstərmişdir.  A.Düma 1858-1859-cu illərdə Qafqazda olmuş, bu səyahətdən bəhs edən “Qafqaz səfəri” adlı əsərini nəşr etdirmişdir. Əsərin böyük hissəsi Azərbaycana həsr olunmuş,  Xurşidbanu Natəvan və onun əri ilə görüşündən yazmışdır. Yazıçının macəralarla zəngin tarixi romanları müxtəlif dillərə tərcümə olunmuş, dəfələrlə ekranlaşdırılmışdır.
Əsərləri:
"III Henrix və onun sarayı"
"Kraliça Marqo" 
"Qrafinya de Monsoro" 
"Qırx beş" 
"Qraf Monte-Kristo"
"İki Diana"
"Üç muşketyor"
“İyirmi ildən sonra”
"Dəmir maskalı adam"
"Qara zanbaq" və s.

Kitabları

Qraf Monte-Kristo

Aleksandr Düma
4 3.2 20%

Üç muşketyor

Aleksandr Düma
4 3.2 20%

Qara zanbaq

Aleksandr Düma
4 3.2 20%