Rus ədəbiyyatının ən yaxşı nümunələrini yaratmış görkəmli yazıçı Anton Çexov dünya ədəbiyyatının klassiklərindən hesab olunur. İxtisasca həkim olmuşdur. Yaradıcılığa gimnaziyada təhsil aldığı illərdə başlamış, hekayələr, kiçik pyeslər yazmışdır. 25 illik yaradıcılıq dövründə 300-dən artıq hekayə, bir çox dram əsəri yazmışdır. Əsərlərində yaşadığı dövrün real mənzərəsini hərtərəfli əks etdirmiş, ümumbəşəri məsələlərə toxunmuşdur. Yazıçının yaradıcılığı üçün lakonik təhkiyə üslubu, tragikomik gülüş xarakterikdir. Hekayə və pyesləri müxtəlif dillərə tərcümə olunmuş, dünyanın bir çox səhnələrində tamaşaya qoyulmuşdur.
Əsərləri:
"Məmurun ölümü"
"İt gəzdirən adam"
"Zarafat"
"Hərc-mərclik"
"Adaxlı"
"Rotşildin skripkası "
"Hərdəmxəyal"
"Mujiklər"
"6 nömrəli palata"
"Ədəbiyyat müəllimi"
"Qılaflı adam"
"Vanya dayı"
"Albalı bağı"
"Üç bacı"
"İvanov"
"Qağayı"
"Ayı" və s.