Amerika yazıçısı. XX əsr Amerika ədəbiyyatının klassikiklərindən və novelistika ustalarından biri hesab olunur. ABŞ-ın Nyu-York şəhərində, kommersant ailəsində anadan olmuşdur. Pensilvaniyada Hərbi Akademiyanı və Nyu-York universitetini bitirmişdir. II Dünya müharibəsi illərində ABŞ ordusunda hərbi xidmətdə olmuş, Avropada bir neçə konslagerin azad edilməsində iştirak etmişdir. Əsərlərinin bir çoxunda müharibənin ağır təəssüratları hiss olunur. Selencerin ilk hekayələri hələ II Dünya müharibəsindən əvvəl qəzet və jurnallarda nəşr olunmağa başlamışdır. 1951-ci ildə yazıçının yeganə romanı olan “Çovdarlıqda uçurumdan qoruyan” romanı işıq üzü görmüşdür. Bu roman Selencerə dünya şöhrəti gətirmişdir. Sonrakı illərdə onun bir neçə povest və hekayəsi çapdan çıxmışdır. 1965-ci ildən sonra, ömrünün sonunadək, Cerom Devd Selencer qapalı həyat tərzi sürmüşdür.