Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. Milliliklə bəşəriliyin dahiyanə harmoniyası onun yaradıcılığının əsas xüsusiyyətidir. “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Qiyamət” “Çingizxanın ağ buludu”, “Əbədi gəlin” və s. kimi əsərlərində sadə adamların həyatı, onların sevgisi, insan-təbiət-cəmiyyət münasibətləri, xalqın milli özünüdərk məsələləri ustalıqla qələmə alınmışdır.