Amerika yazıçısı, Nobel Mükafatı laureatı. Yazıçının ilk əsəri olan “Tanrının badəsi” romanı 1929-cu ildə nəşr edilmişdir. Bir qədər sonra “Cənnət otlaqları” və “Kürən poni” adları altında hekayə məcmuələri çapdan çıxmışdır. Con Steynbek ötən əsrin 30-cu illərində kəskin sosial problemlərdən yazan nasir kimi tanınmışdır. Yazıçının ümumilikdə 18 əsəri ekranlaşdırılmış, 3 dəfə Amerika kino akademiyasının mükafatına namizədliyi irəli sürülmüşdür. 1962-ci ildə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Con Steynbek Nobel Mükafatına layiq görülmüş, 1964-cü ildə ABŞ-ın Prezidenti tərəfindən “Azadlıq” medalı ilə təltif edilmişdir. Ən məşhur əsərləri: “Mücərrəd sonluqlu toqquşmada”, “Siçanlar və adamlar”, “Qəzəb salxımları”, “Cənnətdən şərqə doğru”, “Əndişələrimizin qışı”, “Amerika axtarışında Çarli ilə səyahət”.