Edqar Po

Elmi fantastikanın və mistifikasiyanın banisi sayılan ABŞ yazıçısı, şair və ədəbi tənqidçisi Edqar Allan Po (1809–1849) həmçinin Amerika ədəbiyyatında romantizm hərəkatının liderlərindən biri olub. Qısa oçerklər, dedektiv və kriminaloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. Ədibin “Quzğun”, “Ərəfə”, “Anabel Li” kimi irihəcmli şeirləri, “Qara pişik”, “Diri-diri basdırılma”, “Xanım Ligeya”, “Morq küçəsində qətl”, “Mumiya ilə söhbət”, “Qeyri-adi mələk”, “Şüşədən tapılmış əlyazma” və bu kimi kriminaal və mistik mövzulu nəfəs kəsən hekayələri bu günə kimi dünya ədəbiyyatında özünəməxsus yer tutur. Müəllifin hekayələrinin bir çoxu Azərbaycanda ilk dəfə tərcümə olunaraq oxucuların ixtiyarına verilir.

Kitabları

Hekayələr

Edqar Po
3 2 20%