Ənvər Məmmədxanlı

Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi. Göyçay şəhərində anadan olmuşdur. Bakıda sənaye texnikumunda, Azərbaycan Neft İnstitutunda təhsil almış, gənclik illərində energetika sahəsində ixtisası üzrə çalışmışdır. Sonrakı illərdə isə incəsənət sahəsinə keçərək, tərcüməçi, redaktor və baş redaktor kimi fəaliyyət göstərmiş, “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi vəzifələrində işləmişdir. II Dünya müharibəsi illərində Sovet Ordusu sıralarında cənub-qərb və Şimali Qafqaz cəbhələrində, Stalinqradda və İranda hərbi xidmətdə olmuş, "Vətən Müharibəsi Ordeni" (ikinci dərəcəli) və digər döyüş medalları ilə təltif olunmuşdur. Ədəbi fəaliyyətə 30-cu illərdən başlamışdır. Bir çox məşhur Azərbaycan filmlərinin (“Babək”, “Cazibə qüvvəsi”, “Fətəli xan” və s.) ssenari müəllifidir. Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələrə görə “Azərbaycanın əməkdar incəsənət xadimi” (1963) və “Azərbaycan xalq yazıçısı” (1987) fəxri adlarına layiq görülmüş, iki dəfə "Şərəf nişanı" (1946 və 1949), "Qırmızı Əmək bayrağı" ordenləri və digər dövlət mükafatları ilə təltif olunmuşdur.

Kitabları