Azərbaycanın xalq yazıçısı, publisist, ictimai xadim İsmayıl Şıxlı Qazaxda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının I katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. “Məni itirməyin”, “Köynək”, “Namus qaçağı”, “Namərd gülləsi”, “Qızıl ilan” və s. hekayələrin, "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam" romanlarının müəllifidir.