İngilis yazıçısı R.Kiplinqin yaradıcılıq diapazonu olduqca genişdir. Roman, şeir və novellalarla yanaşı, o həm də gözəl hekayələrin müəllifidir. 1886-87-ci illəri yazıçının bu sahədə ən məhsuldar dövrü hesab etmək olar. Həmin vaxt R.Kiplinq Hindistan haqqında 35 hekayə çap etdirir. Sonra onları "Dağların sadə hekayələri" adlı topluda birləşdirir. Sonra daha 8 hekayə əlavə olunan toplu 1888-ci ildə işıq üzü görür və yazıçının gələcək şöhrətinin əsasını qoyur. Bundan sonra qısa müddət ərzində Kiplinqin altı hekayə kitabı nəşr olunur.