Roald Dal

Dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Roald Dahl (13 sentyabr, 1916–23 noyabr, 1990) Uelsdə dünyaya gəlib. Əsasən, uşaqlar haqqında yazdığı əsərləri ilə tanınan yazıçının roman və hekayələri dünyanın əksər xalqlarının dilinə çevrilib. Həmin roman və hekayələrin bir çoxu mövzusunu real həyatdan götürüb. Onların maraqla qarşılanmasının başlıca sirri də elə bundadır. Düzdür, yeni yazmağa başlayanda başda müəllimləri olmaqla, çoxları onun ədəbiyyatda uğur qazanacağına inanmırdılar. Ancaq əksi baş verdi: Roald Dahl qısa vaxtda ən çox oxunan uşaq yazıçılarından birinə çevrildi. "Çarlinin şokolad fabriki" povesti ilə adını hələ sağlığında uşaq ədəbiyyatının klassiklərı sırasına həkk etdirən yazıçı eyni zamanda "Çarli və böyük şüşə lift", "Matilda", "Balaca adam böyüyərkən" kimi böyük şöhrət qazanmış əsərlərin də müəllifidir.

Kitabları

Hekayələr

Roald Dal
5 4 20%