“…Şlyapasını başından götürdü, qəzəblə bakenbardını və bintləri qoparmağa başladı. Hamı dəhşətdən donub qalmışdı. Onlar yara, eybəcərlik, dəhşət gözləyirdilər. Bütün bunların əvəzində isə boşluq gördülər…” “…Hamı göstərilən tərəfə gedib, solğun və taqətsiz halda düşüb qalmış əl gördü. Əl sanki şüşədəndi, onun bütün vena və arteriyalarını, sümük və əsəb tellərini görmək olurdu. O, hamının gözü qabağında şəffaflığını itirmir və tutqunlaşırdı…”