Mənim universitetlərim

Maksim Qorki
Kitabın kodu 9789952244120
Kitabın ölçüləri 135x195
Səhifələrin sayı 112
Qiymət 3 M

Kitab haqqında qısa məlumat

Görkəmli rus ədibi Maksim Qorki (1868–1936) çətin həyat yolu keçib. 11 yaşında artıq ata və anasını itirən  yazıçı nənəsinin yanında böyüyüb. Nənəsindən eşitdiyi nağıllar sonralar onun yaradıcılığına ciddi təsir göstərib.

Çətin ailə şəraiti ucbatından cəmi bir neçə ay məktəbə gedən Qorki hələ 8 yaşından işləməyə məcbur olub. Uşaqlıq, yeniyetməlik və gənclik illərində həyatın bütün sərt üzlərini görən yazıçı sonralar bu yaşadıqlarını «Uşaqlıq» və «Özgə qapılarında» adlı avtobioqrafik povestlərində ustalıqla qələmə alıb. Həmin silsiləyə daxil olan sonuncu – üçüncü povest «Mənim universitetlərim» adlanır və yazıçının gənclik illərində üzləşdiyi məhrumiyyətlərdən bəhs edir. Yaxşı təhsil almaq eşqi ilə alışıb-yanan yazıçı bu arzusuna çatmasa da, həyatda qarşılaşdığı çətinliklərin, pis və yaxşı adamların ona çox şey öyrətdiyini təsirli şəkildə təsvir edir.

There are many variations of passages of Lorem Ipsum available