Parma monastrı

Kitab haqqında qısa məlumat

Fransız yazıçısı Stendal dünya ədəbiyyatında psixoloji roman janrının banilərindən biri hesab olunur. O, Fransanın cənub-şərqindəki Qrenobl şəhərində dünyaya gəlib. Atası vəkil, anası isə yazıçı idi. Erkən yaşda anasını itirən Stendalın dünyagörüşünün formalaşmasında babasının böyük rolu olub. Əsl adı Mari-Anri Beyl olan yazıçı əsərlərini Stendal təxəllüsü ilə qələmə alıb.
Yazıçının ilk romanı olan "Armans" 1827-ci ildə dərc olunub, məşhur "Qırmızı və qara" əsəri isə 1830-cu ildə işıq üzü görüb.
Stendal "Parma monastırı" adlı romanını 1838-ci ildə Paris səfəri zamanı yazıb. Roman cəmi 52 günə ərsəyə gəlib və 1839-cu ildə dərc olunub. Bu əsərdə yazıçı Fabrisio və Kleliyanın məhəbbət macərası fonunda saray intriqalarına da toxunaraq ümumilikdə XIX əsrin fransız və italyan cəmiyyətini satirik dillə tənqid edib.

Qiymət: 3 azn 2.4 20%
Umico ilə sifariş et

Oxşar kitablar