Zəmanəmizin qəhrəmanı

Kitab haqqında qısa məlumat

Dahi rus yazıçısı və şairi M.Lermontov uşaqlıqdan şeirlər yazmağa başlamış, məşhurluğu isə ona 1837-ci ildə yazdığı “Şairin ölümü” şeiri gətirmişdir. O, hərbçi qismində uzun müddət Qafqazın müxtəlif şəhərlərində qulluq etmiş, Azərbaycan dilini öyrənmişdir. Duelde qətlə yetirilmişdir.
Yazıçının Qafqaz təəssüratlarına əsaslanan “Zəmanəmizin qəhrəmanı” romanı 1840-cı ildə çap olunmuşdur. Əsərin baş qəhrəmanı Peçorin öz dövrünün insanlarını tam olaraq əks etdirən bir obrazdır. Öz qüsurlarını bilən, ətrafdakı insanların hislərinə məhəl qoymadan onlara kinayə ilə yanaşan Peçorin simvolik obraz olaraq dünya ədəbiyyatında öz yerini tutmuşdur.

Qiymət - 3 Azn
Umico ilə sifariş et

Oxşar kitablar