Uellsin 1896-cı ildə qələmə aldığı "Doktor Moronun adası" romanı onun yaradıcılığında xüsusi yer tutur. Romanda insanların təbiətə müdaxiləsindən, digər canlılara qəddar, amansız münasibətindən danışılır. Belə ki, doktor Moro bir adada viviseksiya yolu ilə heyvan-insan yaratmaqla məşğuldur. Gəmi qəzası nəticəsində həmin adaya düşən Edvard Prendik burada ağlasığmaz hadisələrin şahidinə və iştirakçısına çevrilir...