Sovet elmi-fantastik məktəbinin əsasını qoymuş məşhur yazıçı-fantast Aleksandr Belyayev Rusiyanın Smolensk şəhərində dünyaya gəlmişdir. İlk təhsilini dini məktəbdə almış, daha sonra hüquq liseyində oxumuşdur. Ümumilikdə 70-dən çox elmi-fantastik əsərin, o cümlədən 13 romanın müəllifidir. Onu rus fantastikasının inkişafındakı roluna və öz dövrünü qabaqlayan ideyalarına görə "rus Jül Verni" adlandırırlar. Yazıçının öz əsrini qabaqlayan, gələcək zamanın elmi-texniki nailiyyətlərini əks etdirən əsərləri onun böyük elmi təfəkkürə və təxəyyülə sahib olduğunu göstərir. Bir çox əsərləri ekranlaşdırılmışdır.
Əsərləri:
"Professor Douelin başı"
"Məhv olmuş gəmilər adası"
"Amfibiya-adam"
"Dünyanın hakimi"
"Sifətini itirmiş insan"
"Sualtı əkinçilər"
"Ariel"
"KES ulduzu"
"Əbədi insan"
"Atlantidalı sonuncu insan"
"Qiyamət günü"
"Ecazkar göz" və s.