Heç düşünmüsünüzmü, GPS naviqator saysız-hesabsız marşrutlar arasından ən qısa olanını bir neçə saniyəyə necə tapır? İnternet üzərindən alış-veriş etdiyiniz zaman kredit kartı hesab nömrəniz necə qorunur? Bu sualların cavabı – alqoritmlərdir. Əlinizdəki kitab kompüter alqoritmlərinin təməlini öyrənmək üçün sizə bələdçilik edəcək. Məşhur alim Tomas H.Kormen “Alqoritmlərin sirri” kitabında məhz bu haqda yazır.