“Altun Kitab”ın bu nəşri öz intellektini sınamaq və daha geniş biliklərə sahib olmaq istəyənlər üçün tərtib olunmuşdur. Bu topluya 100 mövzunu əhatə edən 500 sual daxil edilmişdir. Hər bir mövzu üzrə verilən 5 sual asandan çətinə doğru sıralanmışdır. Sualların cavabları maraqlı şərhlərlə müşayiət olunur ki, bu da həmin məlumatı daha geniş konteksdə yadda saxlamağa kömək edir. Kitabdan həm fərdi şəkildə, həm də “Xəmsə” intellektual oyununun təşkili zamanı istifadə etmək olar.