Şauşenkdən qaçış

Kitab haqqında qısa məlumat

Stiven Edvin Kinq (1947) əsərlərinin tirajı yarım milyarda (!!!) yaxınlaşan dünyada ən nadir müasir yazıçılardandır. Kinq Amerikanın Meyn ştatında anadan olub, ömrünün böyük hissəsini burada yaşayıb və əksər əsərləri doğma ştatı haqqındadır. Ancaq onun 60-a qədər romanı, yüzlərlə hekayəsi, ssenariləri arasında «Rita Heyuort və Şauşenkdən qaçış» romanı (1982) xüsusi yer tutur. Janrına görə seçilir: fantastika, mistika ustası, «dəhşət kralı» bu dəfə psixoloji realizm uslubuna keçir. İkincisi, az adam bilir ki, roman Lev Tolstoyun kiçik «Tanrı həqiqəti görür, deməyə tələsmir» (1872) hekayəsinin təsiri altında yazılıb. (Tolstoy onu ən yaxşı əsəri hesab edirdi). Üçüncüsü, roman əsasında «Şauşenkdən qaçış» (1994) filmi çəkildikdən sonra o, Kinqin ən məşhur əsərinə çevrilib. Yeddi nominasiya üzrə Oscar mükafatına irəli sürülmüş həmin film bir çox professional təşkilatlar tərəfindən «bütün zamanların və xalqların ən yaxşı filmləri siyahısı»na daxil edilib.

Qiymət - 5 Azn
Umico ilə sifariş et