14 yaşında Səfəvilər dövlətini quran və Azərbaycan taxtına oturan Şah I İsmayılın uşaqlıq illəri təlatümlü keçib – uzun müddət zindan və sürgün həyatı yaşayıb. Buna baxmayaraq öz dövrünün görkəmli siyasətçilərindən və sərkərdələrindən biri kimi yetişib, eyni zamanda klassik ədəbiyyatın görkəmli nümayəndələrindən birinə çevrilib. Təsadüfi deyil ki, onun yaratdığı dövlət qısa müddətdə nəhəng bir coğrafiyanı – Dəclə və Fərat sahillərindən Amudərya sahillərinədək böyük ərazini əhatə edirdi.
Müasir tarixçiliyimizin görkəmli nümayəndəsi Əkbər N.Nəcəfin bu kitabı Şah I İsmayıl, eləcə də onun yaşadığı dövrün siyasi-ictimai, sosial və mədəni mənzərəsi barədə yeni məlumatlarla, maraqlı mülahizələrlə zəngindir.